News Agency:Xəbərlər
İran Xarici İşlər Nazirinin müavini cənab Vəhid Cəlalzadə Bakıda cənab Hikmət Hacıyev ilə görüşüb
.
  İran İslam Respublikası Xarici İşlər Nazirinin müavini cənab Vəhid Cəlalzadə Bakıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyev ilə görüşüb Cümə günü, 23 yanvar tarixində İran İslam Respublikasının xarici işlər nazirinin müavini cənab Vəhid Cəlalzadə Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyev ilə görüşmüşdür. Görüş əsnasında iki ölkə arasında mövcud olan dərin tarixi-mədəni ortaqlıqlar və xalqlararası sarsılmaz bağlar məmnunluqla qeyd edilmişdir. Hər iki tərəf bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə dair ortaq niyyətlərini yenidən ifadə ediblər. Müzakirələr zamanı Cəlalzadə İrandakı daxili vəziyyət barədə qarşı tərəfi məlumatlandırmışdır. O, dövlətin milli təhlükəsizlik və sabitliyi qorumaq istiqamətindəki qətiyyətli mövqeyini ifadə edərək, xarici qüvvələr tərəfindən təşkilatlandırılan və ölkədə xaos yaratmağa yönəlmiş mütəşəkkil şəbəkələrin ifşa olunduğunu bildirmişdir. Nazir müavini aidiyyəti qurumların sayıqlığı və xalqın dəstəyi ilə İran İslam Respublikasının öz qanunları və daxili imkanları çərçivəsində sosial tələblərdən sui-istifadə edilməsinə və ictimai asayişin pozulmasına yol verməyəcəyini bildirmişdir. Azərbaycan tərəfi İran ilə münasibətlərin inkişafının prioritet xarakterini qeyd edərək, rəsmi Bakının ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, habelə qarşılıqlı dialoq və məsləhətləşmələrin davamlılığının təmin edilməsi istiqamətindəki müsbət mövqeyini bir daha təsdiq etmişdir. Görüşdə İranda hökm sürən daxili sabitlik və təhlükəsizliyin regional sülhün qorunmasında həlledici rol oynadığı vurğulanmış, Azərbaycanın qonşu ölkədəki asayişə və əmin-amanlığa verdiyi dəstək diqqətə çatdırılmışdır. Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığın gücləndirilməsinin vacibliyini təsdiqləmişlər. İkitərəfli münasibətlərin qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq mənafelər çərçivəsində inkişaf etdirilməsinin hər iki dövlət üçün zəruri olduğu vurğulanmışdır.
© 2019 - economy@mfa.ir