21 April 2026
2026/03/20 - 14:42
View 179

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Novruz bayramı (1405-ci ilin gəlişi) münasibətilə təbrik müraciəti

.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Novruz bayramı (1405-ci ilin gəlişi) münasibətilə təbrik müraciəti,

         

Ya müqəllibəl-qulubi vəl-əbsar, ya müdəbbirəl-leyli vən-nəhar, ya muhəvviləl-həvli vəl-əhval, həvvil haləna ila əhsənil-hal.

 

 

Əziz həmvətənlər!

Azərbaycan Respublikasında yaşayan əziz və başıuca iranlılar!

 

Novruz bayramı və yeni günəş ilinin astanasında, qəlbi əziz İran sevgisi ilə döyünən siz dəyərli həmvətənlərimə ən səmimi salamlarımı və xoş arzularımı təqdim etməkdən qürur duyuram.

Biz iranlılar, ilin bu son günlərində qədim Novruzu qarşılamağa və yeni ili salamlamaya hazırlaşsaq da, bu il tam fərqli bir ovqat içindəyik. Bir tərəfdən uşaqlıqdan ruhumuza hopmuş bahar təravəti və Novruz sədaları bizə ümidi, dirçəlişi və yaşamaq eşqini müjdələyir; digər tərəfdən isə canımızdan əziz olan Vətənimizin müqəddəs varlığına yağı düşmən tərəfindən vurulan yaralardan dolayı kədərliyik və əzizlərimizin yasını saxlayırıq.

Bu günlərdə hamımız cinayətkar Amerikanın və qəddar sionist rejiminin vəhşi hücumlarına məruz qalan ana yurdumuzun xəbərlərini böyük həssaslıqla izləyirik. Lakin eyni zamanda, düşmənin çirkin planlarını alt-üst edən vətən müdafiəçilərinin rəşadətli müqaviməti ilə qürur duyur, iranlı adını daşıdığımız üçün fəxr edirik.

Tam əminik ki, tarix boyu saysız-hesabsız eniş-yoxuşlardan keçmiş, neçə-neçə təcavüzkarı məyus etmiş əziz İran, bu dəfə də Uca Allahın inayəti, Əhli-Beytin (ə) lütfü, mərd xalqımızın sarsılmaz birliyi və vətən fədailərinin fədakarlığı sayəsində bu tarixi sınaqdan da zəfərlə çıxacaq və düşmənləri öz xətalarına peşman edəcəkdir.

Bütün vətən şəhidlərinə, xüsusilə şəhid rəhbərimizə, Minab qızlar məktəbinin şagirdlərinə, "Dena" gəmisinin igid dənizçilərinə və "Ramazan" müdafiəsində canlarından keçən bütün həmvətənlərimizə ehtiramımı bildirir və onların müqəddəs yolunu əziz İranın müdafiəsi naminə qətiyyətlə davam etdirəcəyimizi elan edirik.

Hamınıza sağlamlıq və səadət, əziz vətənimiz İrana isə qələbə, sülh, sabitlik, rifah və bərəkət arzulayıram.

 

Yaşasın İran və İranlılar!

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است