24 April 2026
2026/04/21 - 19:45

İsrail terror rejiminin İran-Azərbaycan münasibətlərinə qarşı təxribat xarakterli addımlarının qarşısının alınması zərurəti;

.

 

İranın Bakıdakı Səfirliyinin bəyanatı- İsrail terror rejiminin İran-Azərbaycan münasibətlərinə qarşı təxribat xarakterli addımlarının qarşısının alınması zərurəti;

 

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin mətbuat xidməti, sionist rejimin hərbi-təhlükəsizlik strukturlarının son dövrlərdə səsləndirdiyi iddiaları — yəni guya İrana bağlı qüvvələrin Azərbaycan Respublikası ərazisində həmin rejimin mənafelərinə qarşı əməliyyatlar planlaşdırdığı barədə dezinformasiyaları qətiyyətlə təkzib edir. Səfirlik bu növ təbliğatın məqsədini İran İslam Respublikası ilə qonşu ölkələr, xüsusilə Azərbaycan Respublikası arasında nifaq və düşmənçilik yaratmaq cəhdi kimi qiymətləndirir.

Varlığı işğal üzərində qurulan, öz rəzil mövcudluğunu qətliam, təcavüz və günahsız insanların qanı hesabına qoruyan terrorçu İsrail rejimi, bu gün də qonşu ölkələr arasına nifaq salmaqla öz çirkin məqsədlərinə başqalarının hesabına nail olmağa çalışır.

Sionist rejimin xüsusilə 2025-ci ilin iyunundakı 12 günlük hərbi təcavüzü və 2026-cı il fevralın 28-dən etibarən başlayan yeni hücum dalğası sübut edir ki, bu rejim münaqişə ocağını İranın ətraf regionlarına yaymaqda israrlıdır. Bu planı həyata keçirmək üçün isə saxta məlumatların yayılması və "false flag" (saxta bayraq) tipli aldadıcı fəaliyyətlər rejimin gündəmindədir.

Naxçıvan Muxtar Respublikasına edilən şübhəli PUA hücumları, Xəzər dənizindəki liman və gəmiçilik infrastrukturuna qarşı təxribat cəhdləri, habelə hava məkanının və iqtisadi marşrutların təhlükəsizliyini hədəf alan addımlar bu strategiyanın bariz nümunələridir.

Yuxarıda qeyd olunanları diqqətə alaraq, terrorçu İsrail rejiminin İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinə yönəlmiş fitnə və dağıdıcı fəaliyyətlərinə qarşı diqqətli olmağın və onlara qarşı mübarizə aparmağın zərurəti vurğulanır.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است