İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Azərbaycan Milli Məclisinin deputatının qeyri-konstruktiv çıxışına dair rəsmi bəyanatı
.
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Azərbaycan Milli Məclisinin deputatının qeyri-konstruktiv çıxışına dair rəsmi bəyanatı
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mətbuat xidməti, Milli Məclisin deputatlarından birinin yaydığı həqiqətə uyğun olmayan fikirlərə cavab olaraq bildirir:
“İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər, hər iki ölkə prezidentinin konstruktiv və səmimi qarşılıqlı fəaliyyəti sayəsində, qarşılıqlı etimadın möhkəmlənməsi və ikitərəfli, eləcə də regional əməkdaşlığın genişlənməsi yolunda olduğu bir dövrdə, Milli Məclisin deputatı tərəfindən səsləndirilən məsuliyyətsiz, gərginlik yaradan və müdaxilə xarakterli fikirlər ciddi təəccüb və təəssüf doğurur.
Bu xüsusda diqqətçəkən məqam budur ki, Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvü olaraq Hikmət Babaoğlunun missiyası iki dost, qardaş və qonşu dövlətin xalqları arasında mədəni və siyasi körpüləri möhkəmləndirmək, ortaq dəyərləri təşviq etməkdir.
Suveren bir ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu qeyri-etik çıxışlar, dövlətlərarası münasibətlərin təməl prinsiplərinə ziddir və iki dövlət arasındakı qarşılıqlı münasibətlərin ruhuna uyğun deyildir.
İran İslam Respublikasının Səfirliyi bir daha vurğulayır ki, Tehran iki xalqın ortaq maraqları çərçivəsində, regionun sabitliyi, inkişafı və rifahı naminə Azərbaycan ilə dostluq münasibətlərini davam etdirmək və dərinləşdirmək istiqamətində ciddi iradəyə malikdir. Səfirlik bütün siyasi və media mənsublarını münasibətlərin inkişafı naminə məsuliyyətli mövqe nümayiş etdirməyə, iki ölkə arasındakı dostluq bağlarına xələl gətirmək istəyən dairələrin sui-istifadə edə biləcəyi hər hansı təhrikedici açıqlamalardan çəkinməyə çağırır.”