31 January 2026
2025/12/30 - 20:31
View 66

Xanım Zəhra Pezeşkianın Bakıda keçirilən beynəlxalq konfransdakı çıxışı

.

 

 

Xanım Zəhra Pezeşkianın “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı

 

 

 

23 dekabr 2025-ci il tarixində Bakı şəhərində “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda İran İslam Respublikasını təmsil edən xanım Zəhra Pezeşkian çıxış etmişdir. Çıxışı zamanı xanım Pezeşkian İran İslam Respublikasının virtual məkan kontekstində ailə institutunun möhkəmləndirilməsi, eləcə də uşaqların müdafiəsi sahəsində formalaşdırdığı konseptual yanaşmalar və bu istiqamətdə həyata keçirilən praktiki tədbirlər barədə ətraflı məlumat vermişdir.

Xanım Zəhra Pezeşkian Bakı şəhərinə səfərini iki müsəlman və qonşu ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ortaq tarixi köklərə, zəngin mədəni irsə və ümumi dini dəyərlərə əsaslanan dostluq, mehriban qonşuluq münasibətlərinin və dərin mənəvi bağların bariz təzahürü kimi xarakterizə etmişdir. Ailə institutunun cəmiyyətin dayanıqlı inkişafında mühüm rolunu xüsusi vurğulayan xanım Pezeşkian qeyd etmişdir:

“Ailə institutunun qorunması həm İran İslam Respublikasının, həm də Azərbaycan Respublikasının fundamental və ortaq dəyərlərindən biridir. Bu dəyər hər iki xalqın tarixində, mədəniyyətində və dini inanclarında xüsusi yer tutur və hər zaman diqqət mərkəzində olmuşdur. İslam baxışına əsasən, qadın gözəllik və ləyaqətin təcəssümüdür, eləcədə ailənin, mədəniyyətin və cəmiyyətin təlim-tərbiyə sisteminin mərkəzində həlledici və qurucu rol oynayır.”

Xanım Pezeşkian çıxışını görkəmli Azərbaycan şairi ustad Şəhriyarın ölməz “Heydərbabaya salam” mənzuməsindən bir neçə misranı türkcə səsləndirməklə yekunlaşdırmışdır. Bu jest Azərbaycan Respublikasının media məkanında geniş rəğbətlə qarşılanmış, iki xalq arasında mənəvi yaxınlığı və qarşılıqlı anlayışı gücləndirən “ədəbi diplomatiya”nın uğurlu nümunəsi kimi dəyərləndirilmişdir.

Konfrans çərçivəsində xanım Zəhra Pezeşkian Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova, habelə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ilə ayrı-ayrılıqda görüşlər keçirmiş, eyni zamanda ölkənin bir sıra aparıcı media qurumlarına müsahibələr vermişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ev sahibliyi ilə Bakı şəhərində təşkil olunan sözügedən beynəlxalq konfransın əsas məqsədi rəqəmsal mühitdə, eləcə də süni intellekt sahəsində uşaq hüquqlarının qorunması ilə bağlı mövcud çağırışlar və potensial risklər ətrafında beynəlxalq səviyyədə fikir və təcrübə mübadiləsinin aparılmasından ibarət olmuşdur.

 

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است