31 January 2026
2026/01/26 - 18:41
View 63

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin sionist rejiminin xarici işlər nazirinin bəyanatlarına cavabı . Bakı – 26 yanvar 2026

.

MƏTBUAT AÇIQLAMASI

 

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin

sionist rejiminin xarici işlər nazirinin bəyanatlarına cavabı (Bakı – 26 yanvar 2026)

 

 

 

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin mətbuat xidməti, Qüdsü işğal edən rejimin xarici işlər nazirinin Azərbaycan Respublikasına səfəri zamanı səsləndirdiyi müdaxiləçi, təxribat xarakterli və tamamilə yalan bəyanatlarını pisləyir və ictimaiyyəti məlumatlandırmaq məqsədilə aşağıdakı məqamları vurğulayır:

  • Fələstin xalqının terror, işğal və müstəmləkəçi soyqırımı əsasında formalaşmış, mahiyyəti işğalçılıq, dövlət terrorizmi və aparteidlə sıx bağlı olan, bəşəriyyətə qarşı mütəşəkkil cinayətlər və xüsusilə qadınlar və uşaqların kütləvi qətli də daxil olmaqla soyqırımı ilə dolu bir cinayət tarixçəsinə malik bir rejimin nümayəndəsi, insan haqları və ya digər ölkələrin daxili məsələləri barədə danışmaq üçün heç bir hüquqi və mənəvi haqqa sahib deyildir. Bu riyakarcasına verilən bəyanatlar, dünya ictimaiyyətinin diqqətini bu rejimin müharibə cinayətlərinə görə artan təzyiqlərdən yayındırmaq üçün göstərilən ümidsiz bir cəhddir.
  • Bu qeyri-qanuni və cinayətkar rejimin nümayəndəsinə Bakıda həmin rejimin cinayətlərini ört-basdır etmək, İran İslam Respublikasına qarşı əsassız iddialar və sərsəm fikirlər səsləndirmək üçün şərait yaradılmasına görə təəssüfləndiyimizi bildirməklə, İran və Azərbaycan xalqları arasında dərin, tarixi və sarsılmaz bağlarıın olduğunu vurğulayaraq, İran və Azərbaycan arasındakı münasibətləri pozmaq, bölgədə gərginlik və qeyri-sabitlik yaratmaq məqsədi güdən sionist rejiminin bu növ fitnə-fəsad və müdaxiləçi hərəkətlərinə qarşı ayıq-sayıq olmağın zəruriliyini xatırladırıq.
متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است