İran və Azərbaycan Xarici İşlər Nazirləri arasında telefon danışığı
.
İran və Azərbaycan Xarici İşlər Nazirləri arasında telefon danışığı
İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi və Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov arasında çərşənbə axşamı günü telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər regional proseslərin son vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
S.A. Əraqçi ABŞ və sionist rejimin hərbi təcavüzü ilə bağlı ölkəmizin prinsipial mövqeyini diqqətə çatdıraraq vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, heç bir dövlət öz ərazisini və imkanlarını digər tərəflərin təcavüzkar fəaliyyətləri üçün istifadəyə vermək hüququna malik deyil.
İranın Xarici İşlər naziri sionist rejimin və ABŞ-ın İranın digər ölkələrlə münasibətlərini zədələmək məqsədilə törətdiyi təxribatlara və "Yalançı bayraq" (False Flag) əməliyyatlarına dair xəbərdarlıq edərək qeyd edib: "İranın müdafiə xarakterli tədbirləri müstəsna olaraq təcavüzkarlara, habelə İrana qarşı hücumlar üçün istifadə olunan hərbi baza və obyektlərə yönəlib."
Telefon danışığı əsnasında ikitərəfli əməkdaşlığın bəzi aktual məsələlərinə də toxunulub. Mövcud həssas şəraitdə hər hansı anlaşılmazlığı aradan qaldırmaq məqsədilə iki ölkə arasında yaxın məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.