24 April 2026
2026/04/24 - 11:24

İran və Azərbaycan arasında dini sahədə əməkdaşlığın inkişafı vurğulanıb

.

İran və Azərbaycan arasında dini sahədə əməkdaşlığın inkişafı vurğulanıb

 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Müctəba Dəmirçilu 23 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Ramin Məmmədov ilə görüşmüşdür.

 

Görüş zamanı tərəflər iki ölkə arasında dini sahədə mövcud əməkdaşlığın cari vəziyyətini və qarşılıqlı münasibətlərin inkişaf perspektivlərini təhlil etmişlər. Xüsusilə, ABŞ və sionist rejimin ölkəmizə qarşı hərbi təcavüzü fonunda regionda dini sabitliyin qorunmasının zəruriliyi vurğulanmışdır.

 

Səfir İran və Azərbaycan arasındakı tarixi, dini və mədəni köklərə söykənən bağlara toxunaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd etmişdir. M. Dəmirçilu sionist rejimi və ABŞ-ın Tehranın mülki infrastrukturuna, o cümlədən məscidlərə, hüseyniyyələrə, Müqəddəs Nikolay (Sent-Nikolay) pravoslav kilsəsinə və sinaqoqa təşkil etdiyi qanlı hücumların təfərrüatlarını diqqətə çatdırmışdır. O, aralarında qeyri-müsəlmanların da olduğu çoxsaylı İran vətəndaşının şəhadətini aşkar müharibə cinayəti adlandıraraq, beynəlxalq birliyin bu cür aktlara qarşı effektiv və qətiyyətli reaksiya verməsinin zəruri olduğunu xatırlatmışdır.

 

Ramin Məmmədov Azərbaycan dövlətinin mənəvi dəyərlərin mühafizəsinə verdiyi xüsusi önəmi vurğulayaraq bildirmişdir ki, dini-mənəvi irsin qorunması, milli dəyərlərin gələcək nəsillərə ötürülməsi və multikulturalizm (tolerantlıq) mühitinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərini təşkil edir.

 

Görüşdə həmçinin təcrübə mübadiləsinin aparılması, birgə dini tədqiqatların təşkili, rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və hər iki ölkənin elmi-dini mərkəzləri arasında sıx təmasların qurulması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است