24 April 2026
2026/04/24 - 19:45

İran İslam Respublikasının səfiri ilə Azərbaycan Respublikasının Baş Prokuroru arasında görüş keçirilib

.

 

İran İslam Respublikasının səfiri ilə Azərbaycan Respublikasının Baş Prokuroru arasında görüş keçirilib

 

İran İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu 24 aprel 2026-cı il, cümə günü Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev ilə görüşmüşdür. Görüşdə ikitərəfli əlaqələr və regional proseslər müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının Baş prokuroru, İran İslam Respublikasının Ali Rəhbərinin və çox sayda İran vətəndaşının şəhid olması münasibətilə başsağlığı verərək, tezliklə regionda sülhün bərqərar olacağına dair ümidlərini ifadə etmişdir.

Kamran Əliyev iki ölkə arasındakı münasibətlərin tarixi, mədəni və dini ortaqlıqlara əsaslanan dostluq və qardaşlıq xarakteri daşıdığını vurğulamışdır. O, qeyd etmişdir ki, hər iki ölkə prezidentləri arasındakı səmimi münasibətlər bütün sahələrdə, o cümlədən hüquqi müstəvidə əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir.

Səfir Müctəba Dəmirçilu, ABŞ və sionist rejimin təcavüzkar addımlarının müxtəlif aspektlərini, xüsusilə mülki şəxslər arasında can və mal itkilərini şərh etmişdir. Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımları yüksək qiymətləndirən səfir, beynəlxalq birliyi təcavüzkarlara qarşı qətiyyətli addımlar atmağa çağırmışdır.

Görüş zamanı hüquqi və məhkəmə sahəsindəki əməkdaşlığın əhəmiyyəti vurğulanmış, mövcud potensialdan daha səmərəli istifadə olunmasının zəruriliyi qeyd edilmişdir.

Görüşdə tərəflər Cinayətkarlıqla, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, cinayət işləri üzrə hüquqi yardım və cinayətkarların ekstradisiyası, məhkumların verilməsi və mübadiləsi, əlaqələrin inkişafı məqsədilə qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparmışlar.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است