Azərbaycan Respublikasındakı İranlıların Vətən Müdafiəçiləri ilə Həmrəylik və Birlik Toplantısı
.
Azərbaycan Respublikasındakı İranlıların Vətən Müdafiəçiləri ilə Həmrəylik və Birlik Toplantısı
Azərbaycan Respublikasında məskunlaşan İran vətəndaşları, Ramazan bayramı və yeni şəmsi ilinin gəlişi münasibətilə şənbə günü, fərvərdin ayının 1-də (21 mart) keçirilən səmimi görüşdə Vətən müdafiəçiləri ilə həmrəyliklərini nümayiş etdiriblər. Tədbir iştirakçıları "Ramazan müharibəsi" şəhidlərinin xatirəsini yad edərək, şəhid rəhbərə öz ehtiramlarını bildirərək, ölkəmizin təcavüzkarlar üzərində qəti qələbəsi üçün dualar etmişlər.
İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu mərasimdəki çıxışında mühüm məqamlara toxunmuşdur. O, qeyd etmişdir ki, ABŞ və sionist rejimin 2025-ci ilin iyun ayından etibarən başlatdığı "hibrid müharibə", yanvar ayındakı çevriliş cəhdi ilə davam etmiş və hazırda genişmiqyaslı müharibə müstəvisinə keçmişdir.
Səfir İran xalqının polad iradəsini və sarsılmaz müqavimətini düşmənlərin çirkli planlarının qarşısında aşılmaz sədd adlandırmışdır. O, təcavüzkarların yanlış hesablamalarına diqqət çəkərək vurğulamışdır:
"Düşmən elə zənn edirdi ki, Ali Rəhbərin və yüksək rütbəli komandanların şəhadəti, habelə hərbi infrastruktura endirilən zərbələr nəticəsində İran bir neçə günə təslim olacaq. Lakin tarix sübut etmişdir ki, İran xalqı hər zaman təcavüzkarlara qarşı mərdliklə dayanmışdır. Bu müharibədə də Uca Allahın lütfü və xalqın rəşadəti ilə düşmənlər mütləq məğlubiyyətə uğrayacaqlar." M. Dəmirçilu İranın hər zaman sülhün tərəfdarı olduğunu, ABŞ-ın əsassız ittihamlarına, ambisiyalarına və öhdəliklərini pozmasına baxmayaraq, Tehranın heç vaxt diplomatik masadan qaçmadığını qeyd etmişdir. Səfir xatırlatmışdır ki, İran məhz danışıqlar prosesi getdiyi dönəmdə iki dəfə hərbi təcavüzə məruz qalmışdır. O, İranın atdığı addımları beynəlxalq hüquq çərçivəsində "fitri və qanuni müdafiə haqqı" kimi xarakterizə etmişdir.
Səfir həmçinin xaricdə yaşayan həmvətənlərimizin ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasındakı müstəsna rolunu vurğulamışdır. O, iranlıların birliyinin və sarsılmazlığının Vətənimizin şanlı tarixində yeni və parlaq bir səhifə açacağını bildirmişdir.