21 April 2026
2026/04/12 - 14:10
View 88

İslam İnqilabının Ali Rəhbərinin və Ramazan müharibəsi şəhidlərinin qırx mərasiminin Azərbaycan Respublikasında keçirilməsi

.

İslam İnqilabının Ali Rəhbərinin və Ramazan müharibəsi şəhidlərinin qırx mərasiminin Azərbaycan  Respublikasında keçirilməsi

 

İslam İnqilabının Ali Rəhbəri, Həzrət Ayətullahül-üzma Xameneinin (rə) şəhadətinin qırx mərasimi Azərbaycan Respublikasının siyasi, dini və ictimai xadimlərinin, habelə bu ölkədə yaşayan iranlıların geniş iştirakı ilə 10 aprel 2026-cı il - cümə günü Bakı şəhərindəki Təzəpir məscidində keçirilmişdir.

 

Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini və Azərbaycan–İran iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın sədri cənab Şahin Mustafayev, Milli Məclis sədrinin müavini cənab Ziyafət Əsgərov, bir sıra millət vəkilləri, eləcə də xarici işlər nazirinin müavini iştirak etmişlər.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək ölkəmizin şəhid olmuş Ali Rəhbəri ilə görüşlərinə dair xatirələrini bölüşmüş, onun iki ölkə arasında münasibətlərin formalaşması və inkişafındakı mühüm rolunu vurğulamış və şəhadətini İslam dünyası və İran xalqı üçün böyük itki kimi dəyərləndirmişdir.

 

O, bəzi İslam ölkələrində mövcud problemlərə toxunaraq, düşmənlərə qarşı mübarizə aparılması və İslam ümmətinin mənafelərinin təmin olunması baxımından İslam dünyasının birliyinin zəruriliyini qeyd etmişdir.

 

İran İslam Respublikasının səfiri Müctəba Dəmirçilu da çıxışında Həzrət Ayətullah Xameneinin (rə) siyasi, dini, elmi və əxlaqi xüsusiyyətlərini ətraflı şəkildə izah edərək bildirmişdir ki, bu müdrik rəhbərin şəhadəti İran xalqının təcavüzkarlara qarşı həmrəyliyini və müqavimətini daha da gücləndirmiş, eyni zamanda İslam dünyası üçün ilham mənbəyinə çevrilmişdir.

 

Səfir, həmçinin Ramazan müharibəsi dövründə göstərilən həmrəylik və dəstəyə görə Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına təşəkkürünü ifadə etmişdir.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است