İran və Azərbaycan xarici işlər nazirləri arasında sosial şəbəkə üzərindən qarşılıqlı mesaj mübadiləsi
.
İran və Azərbaycan xarici işlər nazirləri arasında sosial şəbəkə üzərindən qarşılıqlı mesaj mübadiləsi
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Azərbaycan Respublikasının göstərdiyi humanitar dəstəyə görə minnətdarlığını bildirib. Ölkəmizin xarici işlər naziri bu barədə "X"dəki hesabında yazıb.
"Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm",- o bildirib və əlavə edib ki, çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarının minnətdarlığına səmimi cavab verərək, ikitərəfli münasibətlərin dərinliyini diqqətə çatdırıb. Nazir "X" hesabında yazıb: "Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də iki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!”