21 April 2026
2026/04/13 - 18:03
View 87

İran İslam Respublikası Səfirliyinin Diplomatik Xeyriyyə Yarmarkasında fəal iştirakı

.

İran İslam Respublikası Səfirliyinin Diplomatik Xeyriyyə Yarmarkasında fəal iştirakı

 

İran İslam Respublikasının Bakıdakı səfirliyi 12 aprel 2026-cı il bazar günü Bakının "Badamdar" otelində bir sıra xarici ölkə səfirliklərin və qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən "Bakı Bahar Xeyriyyə Bazarı"nda fəal iştirak edib.

Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəlik rəhbərlərinin xanımları və sosial sahədə fəal qadınların birliyi olan “Beynəlxalq Qadınlar Klubu”nun təşəbbüsü ilə təşkil edilən bu yarmarkanın əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərə yardım əli uzatmaq və cəmiyyətin diqqətini xeyriyyəçilik ənənələrinə cəlb etməkdir. Yarmarkada satışa çıxarılan məhsullardan əldə olunan vəsait ehtiyac sahibi olan şəxslərə və ailələrə bağışlanır.

İran stendində nümayiş etdirilən milli əl işləri, suvenirlər və müxtəlif qida məhsulları ziyarətçilər tərəfindən böyük rəğbət və maraqla qarşılanmışdır.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است